Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Saatlı rayonunun Qırağlı kənd sakini Abdulrəhman Əliyev aldıı bıçaq xəsarətindən yerləşdirildiyi xəstəxanada ölmüşdür

28.12.2021

Saatlı Rayon Polis Şöbəsinə dekabrın 28-də saat 15 radələrində Qırağlı kənd sakini 60 yaşlı Abdulrəhman Əliyevə bıçaqla xəsarət yetirilməsi və almış olduğu xəsarət nəticəsində həmin gün saat 17 radələrində xəstəxanada ölməsi barədə məlumat daxil olmuşdur. 
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı Arif Əliyevlə aralarında yaranmış münaqişə zamanı onun Abdulrəhman Əliyevə, həmçinin onları ayırmağa cəhd edən sonuncunun arvadı Arzuya bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir. 
Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. 
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 

 

28.12.2021 tarixinə olan kriminal məlumatlar

  • Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb 28.12.2021
  • Goranboy rayonunun Veyisli qəsəbə sakini U.Hüseynovdan qanunsuz saxladığı ov tüfəngi aşkar edilərək götürülmüşdür 28.12.2021
  • Kürdəmir rayonunun Qarasu kənd sakini Ə.Cəbrayılovdan qanunsuz saxladığı ov tüfəngi aşkar edilərək götürülmüşdür 28.12.2021
  • Zərdab şəhər sakini S.İsrafilovdan qanunsuz saxladığı ov tüfəngi aşkar edilərək götürülmüşdür 28.12.2021
  • Axtarışda olan A.Mikayılov saxlanılmışdır 28.12.2021
  • Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi 28.12.2021
  • Lənkəran rayonunun Digah kənd sakini B.Rüstəmovdan qanunsuz saxladığı ov tüfəngi aşkar edilərək götürülmüşdür. 28.12.2021
  • Oğurluqda şübhəli bilinən Lənkəran rayonunun Şağlaser kənd sakinləri M.Əskərov və İ.Əliyev saxlanılmışlar 28.12.2021
  • Oğurluqda şübhəli bilinən Salyan rayon sakini Ə.Hüseynov saxlanılmışdır 28.12.2021
  • Oğurluq etdiyinə görə tutulmuş Ə.Hüseynlinin törətdiyi digər cinayət əməlləri də müəyyən edilmişdir 28.12.2021
  • Avtomobildən səsboğucu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Qarayev və M.Məmmədli saxlanılmışlar 28.12.2021
  • Soyğunçuluq etməkdə şübhəli bilinən Astara rayon sakini Y.Mirzəzadə saxlanılmışdır 28.12.2021
  • Saatlı rayonunun Qırağlı kənd sakini Abdulrəhman Əliyev aldıı bıçaq xəsarətindən yerləşdirildiyi xəstəxanada ölmüşdür 28.12.2021
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar 28.12.2021
  • Gün ərzində törədilmiş 49 cinayətin üstü “isti izlər”lə açılmışdır 28.12.2021