Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılmışdır

27.12.2021


- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılmışdır.  
- Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunmuşdur.    
    - Axtarışda olduğuna görə ümumilikdə 56 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
    - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
    - Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılmışdır.

 

27.12.2021 tarixinə olan kriminal məlumatlar

  • Quba rayon sakini E.Əhmədovun qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür 27.12.2021
  • Biləsuvar rayon sakini V.Bünyatovdan qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür 27.12.2021
  • Sabirabad rayonu ərazisindəki evlərin birindəki seyfdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən B.Nağıyev saxlanılmışdır 27.12.2021
  • Gəncə şəhərində yerləşən Mərkəzi Univermaqdakı mağazaların birindən qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən T.Təyyar saxlanılmışdır 27.12.2021
  • Nəsimi rayonu ərazisində “Range Rover” markalı bir avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən C.Şıxıyev saxlanılmışdır 27.12.2021
  • Sabunçu rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Abdalov saxlanılmışdır 27.12.2021
  • Bakı şəhər sakini Ə.Rəhmanovdan 102 qramdan çox heroin aşkar edilərək götürülmüşdür 27.12.2021
  • Binəqədi rayonu ərazisində R.İbrahimovanın mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Abbasov saxlanılmışdır 27.12.2021
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar 27.12.2021
  • Gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılmışdır 27.12.2021