Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polis əməkdaşları Yeni Günəşli qəsəbəsində soyğunçuluğun qarşısını almışlar

13.09.2005

Saat 05.00 radələrində Bakı şəhər sakinləri Şəhriyar Əliyev, Fuad Mirzəyev və hələlik şəxsiyyəti müəyyən edilməmiş şəxs Qorxmaz Vəliyevə məxsus Yeni Günəşli qəsəbəsindəki mağazanın qapısını sındıraraq oraya girməyə cəhd göstərmişlər. Bu zaman onlar hadisə yerinə gəlmiş Suraxanı RPİ 33-cü PB-nin əməkdaşları, polis baş leytenantı Vüsal Hacıyev və polis baş serjantı Təbriz Ağayevə qarşı müqavimət göstərmiş, bıçaq və küt alətlə onlara xəsarət yetirmişlər. Polis əməkdaşı T.Ağayev silah tətbiq etmiş və Ş.Əliyevi yaralamışdır. Ş.Əliyev xəsarətlə xəstəxanaya yerləşdirilmiş, F.Mirzəyev tutulmuş, digər şəxsin müəyyən edilib tutulması üçün tədbirlər davam etdirilir.