Yasamal rayonu Kənar dairəvi yolda qəza hadisəsi
22.12.2021Dekabrın 22-də saat 9 radələrində Yasamal rayonu Kənar dairəvi yolda Bakı şəhər sakini Babaşxan Baxışov idarə etdiyi “Nissan” markalı avtomobili qarşıda gedən Ağsu rayon sakini Lətif Səfərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə vurmuşdur. Nəticədə B.Baxışov hadisə yerində ölmüş, L.Səfərov xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.