Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıb
21.12.2021DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 21-də Sabirabad rayonu ərazisində Saatlı rayon sakini Səxavət Şükürovun idarə etdiyi “VAZ-2107” və Göyçay rayon sakini Vüsal Malışovun idarə etdiyi “Mercedes” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıb.
Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 333.1-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub.
Sabirabad rayon məhkəməsinin qərarları ilə S.Şükürov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib, V.Malışov isə 400 manat məbləğdə cərimələnib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.