Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti - Abşeron rayonunda ictimai nəqliyyatda və qapalı məkanlarda tibbi maskadan istifadə etməyən 27 şəxs barəsində protokol tərtib edilib, həmçinin 1 nəfər koronovirus xəstəsi ola-ola sərnişin avtobusu idarə edən sürücü aşkar edilib

10.12.2021

Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhərində  növbəti profilaktik tədbir keçirilib. Tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.

Həmçinin, profilaktik tədbir zamanı şəhər ərazisində yerləşən fəaliyyətinə icazə verilən obyektlərdə sanitar-karantin qaydalarına əmək etməyən şəxslər müəyyən edilib və onlar barəsində qanunla nəzərdə tutulan qaydada inzibati tənbeh tədbiri görülüb. Mağazalara maskasız daxil olan alıcılar, həmçinin maskalardan düzgün istifadə etməyən şəxslər polislər tərəfindən müəyyən edilərək cərimələniblər. Xırdalan şəhərində keçirilən profilaktik tədbir zamanı sanitar-karantin qaydalarını pozan 27 şəxsə protokol tərtib edilib.

 

01 (5)

Reyd zamanı həmçinin aktiv koronavirus xəstəsi kimi qeydiyyata alınan amma buna baxmayaraq sərnişin avtobusu idarə edən sürücü də aşkar edilib. Polis əməkdaşları 523 saylı marşurut xətti ilə hərəkət edən avtobusun sürücüsü Fəyal İlyasovun aktiv koronavirus xəstəliyinin daşıyıcısı ola-ola evdə məcburi müalicəyə cəlb edilməsinə baxmayaraq işə çıxdığını və avtobus idarə etdiyini müəyyən ediblər. Sərnişinlərin həyatını real təhlükə altına qoyan sürücü polislər tərəfindən tibbi prosedurlar gözlənilməklə xəttdən kənarlaşdırılıb və yaşadığı ünvana qaytarılıb. Fəyal İlyasov barəsində Abşeron Rayon Polis İdarəsində qanunvericiliyə uyğun olaraq araşdırmalar başlanılıb.  Araşdırmaların sonunda onun etdiyi əmələ hüquqi qiymət veriləcək.

Abşeron rayonu ərazisində Covid-19 virusunun yauyılmasının qarşınnın alınması istiqamətinə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

 

 

11 dekabr  2021-ci il

 

10.12.2021 tarixinə olan kriminal məlumatlar

  • Səbail rayonunda narkotiklərin satışı ilə məşğul olan şəxsdən 3 kiloqram narkotik maddə aşkar edilib 10.12.2021
  • Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindən silah-sursat tapılmışdır 10.12.2021
  • Bakı şəhər sakini İ.Nadirliyə məxsus avtomobildən pul və videokamera oğurlamaqda şübhəli bilinən Ə.Qasımov saxlanılmışdır 10.12.2021
  • Nəsimi rayonu ərazisində 2 avtomobildən oğurluq etməkdə şübhəli bilinən Şabran rayon sakini T.Kazımov saxlanılmışdır 10.12.2021
  • “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini E.Kətanov avtomobillə birgə saxlanılmışdır 10.12.2021
  • Xətai rayonu ərazisində B.Məsiməliyevə məxsus mopedi oğurlamaqda şübhəli bilinən E.Abbasov saxlanılmışdır 10.12.2021
  • Sumqayıt şəhər sakini E.Əliyevə məxsus avtomobili qaçırmaqda şübhəli bilinən İ.İbişli avtomobillə birgə saxlanılmışdır 10.12.2021
  • Göygöl rayonu ərazisində Kəlbəcər rayon sakini F.Həsənova qarşı soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar 10.12.2021
  • Şəmkir rayonu ərazisində kirayədə yaşayan A.Zeynalovaya qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən S.Misirov paytaxt ərazisində saxlanılmışdır 10.12.2021
  • Nəsimi rayonu ərazisində xuliqanlıq zəminində avtobusun alın şüşəsini dəmir parçası ilə sındırmaqda şübhəli bilinən Bərdə rayon sakini R.Əmrahlı saxlanılmışdlır 10.12.2021
  • Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş sürücü M.Quliyev saxlanılmışdır 10.12.2021
  • Paytaxt sakini R.Rəhmanovdan hədə-qorxu yolu ilə 100.000 ABŞ dolları tələb etməkdə şübhəli bilinən qohumu E.Quliyev saxlanılmışdır 10.12.2021
  • Narkotik vasitə qəbul edərək avtomobil idarə edən Bakı şəhər sakini A.Qafarov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilmişdir 10.12.2021
  • Əvvəllər məhkum olunmuş Allahverdi Mirzəyevi ailə münaqişəsi zəminində odlu silahla qətlə yetirməkdə şübhəli bilinən T.Qurbanov tutularaq istintaqa təhvil verilmişdir 10.12.2021
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 10.12.2021
  • Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti - Abşeron rayonunda ictimai nəqliyyatda və qapalı məkanlarda tibbi maskadan istifadə etməyən 27 şəxs barəsində protokol tərtib edilib, həmçinin 1 nəfər koronovirus xəstəsi ola-ola sərnişin avtobusu idarə edən sürücü aşkar edilib 10.12.2021
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar 10.12.2021
  • Gün ərzində törədilmiş 42 cinayətin üstü “isti izlər”lə açılmışdır 10.12.2021