Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xəzər rayonunda 10 avtomobilin akkumlyatorunu oğurlayan 4 nəfər saxlanılıb

09.12.2021

Xəzər rayonu Qala qəsəbəsi sakini olan bir nəfər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə məlumat verərək ona məxsus avtomobilin akkumlyatorunun naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. Həmin ərazidə yaşayan daha 9 sakindən Polis Bölməsinə daxil olan eyni məzmunlu şikayət ərizəsində onların da avtomobillərindən müxtəlif vaxtlarda akkumlyatorların oğurlandığı qeyd edilib. Hadisələrin bir-birinə yaxın yaşayış mərkəzlərində və oxşar üsullarla baş verməsi polis əməkdaşlarında oğurluqların eyni şəxslər tərəfindən törədildiyinə dair əsaslı şübhələr oyadıb.  

Məlumatlar daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər dəfələrlə məhkum olunmuş Arzu Əliyev, Şahlar Ağayev, Azad İbrahimov və Yasər Məmmədov saxlanılıblar. Onlar ifadələrində Qala, Binə və ətraf qəsəbələrdə qeyd edilən oğurluqları törətdiklərini etiraf ediblər və akkumlyatorları əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.

Faktlarla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat verə bilərlər.

 

Xezer 3 PB Youtube Ogurluq

 

10 dekabr 2021-ci il

 

09.12.2021 tarixinə olan kriminal məlumatlar

  • Qadın sərnişinlərə əxlaqsız təkliflər edən 5 taksi sürücüsü saxlanılıb 09.12.2021
  • Xəzər rayonunda 10 avtomobilin akkumlyatorunu oğurlayan 4 nəfər saxlanılıb 09.12.2021
  • Dekabrın 4-də paytaxt sakini A.Məmmədovanın pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən S.İsmayılzadə saxlanılmışdır 09.12.2021
  • Yasamal rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən T.Sadıqov saxlanılmışdır 09.12.2021
  • Şübhəli şəxs qismində saxlanılmış Tovuz rayon sakini S.Hüseynovdan heroin, metamfetamin və metadon aşkar edilərək götürülmüşdür 09.12.2021
  • Nizami rayonu ərazisindəki lombardların birindən 2 ədəd noutbuk və məişət əşyaları oğurlamaqda şübhəli bilinən X.Eyyubov saxlanılmışdır 09.12.2021
  • Quba şəhər sakini H.Cılqamlının yaşadığı evdən heroin, marixuana və metamfetamin aşkar edilərək götürülmüşdür 09.12.2021
  • Qazax rayonunun Daş Salahlı kəndi ərazisində “Opel” markalı avtomobillə piyada vurulmuşdur 09.12.2021
  • Xuliqanlıq zəminində Biləsuvar rayon elektrik şəbəkəsinin işçisinə xəsarət yetirmiş rayon sakini Ə.Rufullayev saxlanılmışdır 09.12.2021
  • Evinə gələn elektrik enerjisini kəsdiyinə görə Lənkəran rayon işıq idarəsinin işçisinin avtomobilini benzinlə yandırmış şəhər sakini S.Əliyev saxlanılmışdır 09.12.2021
  • “Azərişıq” ASC-nin Ağdam rayonu üzrə nəzarətçi mühəndisləri F.Mirzəyevə və Ş.Mirzəyevə bıçaqla xəsarət yetirmiş Oğuz rayon sakini R.Kərimov saxlanılmışdır 09.12.2021
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar 09.12.2021
  • Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıb 09.12.2021
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 09.12.2021
  • - Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılmışdır. 09.12.2021
  • Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən daha 22 nəfər saxlanılıb onlardan 40 kiloqram narkotik vasitə aşkar edilib 09.12.2021
  • “Telegram” sosial şəbəkəsində bəzi şəxslərin foto və videolarını paylaşaraq silmək müqabilində pul tələb edən kanalların adminləri saxlanılıblar 09.12.2021