Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Evinə gələn elektrik enerjisini kəsdiyinə görə Lənkəran rayon işıq idarəsinin işçisinin avtomobilini benzinlə yandırmış şəhər sakini S.Əliyev saxlanılmışdır

09.12.2021

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə dekabrın 9-da şəhər sakini S.Əliyevin evinə gələn elektrik enerjisini kəsdiyinə görə rayon işıq idarəsinin işçisi R.Kərimova məxsus “VAZ-21015” markalı avtomobili benzinlə yandırması barədə məlumat daxil olmuşdur.         

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əliyev saxlanılmışdır.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 221-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanmışdır.

09.12.2021 tarixinə olan kriminal məlumatlar

  • Qadın sərnişinlərə əxlaqsız təkliflər edən 5 taksi sürücüsü saxlanılıb 09.12.2021
  • Xəzər rayonunda 10 avtomobilin akkumlyatorunu oğurlayan 4 nəfər saxlanılıb 09.12.2021
  • Dekabrın 4-də paytaxt sakini A.Məmmədovanın pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən S.İsmayılzadə saxlanılmışdır 09.12.2021
  • Yasamal rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən T.Sadıqov saxlanılmışdır 09.12.2021
  • Şübhəli şəxs qismində saxlanılmış Tovuz rayon sakini S.Hüseynovdan heroin, metamfetamin və metadon aşkar edilərək götürülmüşdür 09.12.2021
  • Nizami rayonu ərazisindəki lombardların birindən 2 ədəd noutbuk və məişət əşyaları oğurlamaqda şübhəli bilinən X.Eyyubov saxlanılmışdır 09.12.2021
  • Quba şəhər sakini H.Cılqamlının yaşadığı evdən heroin, marixuana və metamfetamin aşkar edilərək götürülmüşdür 09.12.2021
  • Qazax rayonunun Daş Salahlı kəndi ərazisində “Opel” markalı avtomobillə piyada vurulmuşdur 09.12.2021
  • Xuliqanlıq zəminində Biləsuvar rayon elektrik şəbəkəsinin işçisinə xəsarət yetirmiş rayon sakini Ə.Rufullayev saxlanılmışdır 09.12.2021
  • Evinə gələn elektrik enerjisini kəsdiyinə görə Lənkəran rayon işıq idarəsinin işçisinin avtomobilini benzinlə yandırmış şəhər sakini S.Əliyev saxlanılmışdır 09.12.2021
  • “Azərişıq” ASC-nin Ağdam rayonu üzrə nəzarətçi mühəndisləri F.Mirzəyevə və Ş.Mirzəyevə bıçaqla xəsarət yetirmiş Oğuz rayon sakini R.Kərimov saxlanılmışdır 09.12.2021
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar 09.12.2021
  • Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıb 09.12.2021
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 09.12.2021
  • - Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılmışdır. 09.12.2021
  • Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən daha 22 nəfər saxlanılıb onlardan 40 kiloqram narkotik vasitə aşkar edilib 09.12.2021
  • “Telegram” sosial şəbəkəsində bəzi şəxslərin foto və videolarını paylaşaraq silmək müqabilində pul tələb edən kanalların adminləri saxlanılıblar 09.12.2021