Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

“Telegram” sosial şəbəkəsində bəzi şəxslərin foto və videolarını paylaşaraq silmək müqabilində pul tələb edən kanalların adminləri saxlanılıblar

09.12.2021

Daxili İşlər Nazirliyinə son dövrlərdə “telegram” sosial şəbəkəsində kanallar yaradaraq müxtəlif yaş kateqoriyasına aid insanların şəxsi həyatları ilə bağlı video və fotoların paylaşılması sonradan şantaj edilərək silinməsi müqabilində pul tələb edilməsi barədə müraciətlər daxil olur. Bu məlumatlar hərtərəfli araşdırılıb və təhlil edilib. Araşdırma zamanı şantaj video və fotolarının həmin kanalların adminləri tərəfindən müxtəlif yollarla ələ keçirildiyi məlum olub.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-texniki tədbirləri nəticəsində “telegram” sosial şəbəkəsində qeyd edilən kanalların adminləri paytaxt sakinləri Pərviz Qurbanov, Faiq Səfərəliyev və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb. Onlar ifadələrində idarə etdikləri “telegram” kanallarında paylaşdıqları şəkillərlə insanları şantaj etdiklərini və pul müqabilində həmin məlumatları sildiklərini etiraf ediblər.

Bu şəxslər barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Faiq Səfərəliyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Digər iki nəfər barəsində isə araşdırmalar davam etdirilir.

Göstərilən faktların hərtərəfli araşdırılması, həmçinin “telegram” sosial şəbəkəsində Azərbaycan seqmentində şəxsi həyatla bağlı foto və videolarla insanları şantaj edən digər kanalların adminlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-texniki tədbirləri davam etdirilir.

Bütün bunları nəzərə alaraq Daxili İşlər Nazirliyi ümumən vətəndaşları, o cümlədən sosial şəbəkə istifadəçilərini diqqətli olmağa şəxsi fotolarını və məlumatlarını mümkün qədər sosial şəbəkələrdə paylaşmamağı və tanımadıqları şəxslərə göndərməməyi tövsiyyə edir.

 

01 (3)

9 dekabr 2021-ci il

 

09.12.2021 tarixinə olan kriminal məlumatlar

  • Qadın sərnişinlərə əxlaqsız təkliflər edən 5 taksi sürücüsü saxlanılıb 09.12.2021
  • Xəzər rayonunda 10 avtomobilin akkumlyatorunu oğurlayan 4 nəfər saxlanılıb 09.12.2021
  • Dekabrın 4-də paytaxt sakini A.Məmmədovanın pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən S.İsmayılzadə saxlanılmışdır 09.12.2021
  • Yasamal rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən T.Sadıqov saxlanılmışdır 09.12.2021
  • Şübhəli şəxs qismində saxlanılmış Tovuz rayon sakini S.Hüseynovdan heroin, metamfetamin və metadon aşkar edilərək götürülmüşdür 09.12.2021
  • Nizami rayonu ərazisindəki lombardların birindən 2 ədəd noutbuk və məişət əşyaları oğurlamaqda şübhəli bilinən X.Eyyubov saxlanılmışdır 09.12.2021
  • Quba şəhər sakini H.Cılqamlının yaşadığı evdən heroin, marixuana və metamfetamin aşkar edilərək götürülmüşdür 09.12.2021
  • Qazax rayonunun Daş Salahlı kəndi ərazisində “Opel” markalı avtomobillə piyada vurulmuşdur 09.12.2021
  • Xuliqanlıq zəminində Biləsuvar rayon elektrik şəbəkəsinin işçisinə xəsarət yetirmiş rayon sakini Ə.Rufullayev saxlanılmışdır 09.12.2021
  • Evinə gələn elektrik enerjisini kəsdiyinə görə Lənkəran rayon işıq idarəsinin işçisinin avtomobilini benzinlə yandırmış şəhər sakini S.Əliyev saxlanılmışdır 09.12.2021
  • “Azərişıq” ASC-nin Ağdam rayonu üzrə nəzarətçi mühəndisləri F.Mirzəyevə və Ş.Mirzəyevə bıçaqla xəsarət yetirmiş Oğuz rayon sakini R.Kərimov saxlanılmışdır 09.12.2021
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar 09.12.2021
  • Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıb 09.12.2021
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 09.12.2021
  • - Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılmışdır. 09.12.2021
  • Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən daha 22 nəfər saxlanılıb onlardan 40 kiloqram narkotik vasitə aşkar edilib 09.12.2021
  • “Telegram” sosial şəbəkəsində bəzi şəxslərin foto və videolarını paylaşaraq silmək müqabilində pul tələb edən kanalların adminləri saxlanılıblar 09.12.2021