Tovuz rayonunun İbrahimhacılı kənd sakinləri Ənvər Alırzayevi öldürməkdə, qardaşı Fərmana isə xəsarət yetirməkdə şübhəli bilinən M.Əhmədov saxlanılmışdır
08.12.2021Tovuz rayonunun İbrahimhacılı kənd sakinləri Ənvər Alırzayevi öldürməkdə, qardaşı Fərmana isə xəsarət yetirməkdə şübhəli bilinən M.Əhmədov saxlanılmışdır
Tovuz Rayon Polis Şöbəsinə dekabrın 8-də İbrahimhacılı kəndi ərazisində kənd sakinləri Ənvər Alırzayevin öldürülməsi, qardaşı Fərmana isə xəsarət yetirilməsi barədə məlumat daxil olmuşdur.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Xəstəxanaya yerləşdirilmiş Fərmanın vəziyyəti ağırdır.
Aparılmış araşdırmalarla kənd sakini M.Əhmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi Ənvər Alırzayevə xəsarət yetirərək qəsdən öldürməsinə, qardaşı Fərmana isə xəsarət yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.
Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.