Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini T.Əliyev saxlanılmışdır
07.12.2021Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini T.Əliyev saxlanılmışdır Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 7-nə keçən gecə Gəncə şəhəri Ş.İ.Xətai prospektindəki mağazaların birindən 1210 manat dəyərində televizor, musiqi mərkəzi və soba oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Əliyev saxlanılmışdır. Faktla əlaqədar Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmışdır.