Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı məmulatların satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir

07.12.2021

Polis əməkdaşları tərəfindən əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Növbəti belə tədbir Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsində keçirilib. Qəsəbə ərazisindəki ticarət mərkəzlərindən birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən paytaxt sakinləri Novruz Əsədov və Eldar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıblar. Həmin şəxslərin fəaliyyət göstərdiyi mağazaya baxış keçirilən zamanı pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Faktlarla bağlı onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

04

Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar olunduqda onlar barəsində bundan sonra da ciddi tədbirlər görüləcək.

07 dekabr 2021-ci il

07.12.2021 tarixinə olan kriminal məlumatlar

  • Bakıda mənzildən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb 07.12.2021
  • - Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 41 cinayətin üstü “isti izlər”lə açılmışdır. 07.12.2021
  • X.Qarayevdən qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür 07.12.2021
  • Ağdam rayonunun İmamqulubəyli qəsəbə sakini Z.Murtuzayevdən kustar üsulla hazırlanmış tüfəng və 31 ədəd patron götürülmüşdür 07.12.2021
  • Balakən rayon sakinləri R.Şərifovdan və P.Mollayevdən qanunsuz saxladıqları 2 ədəd ov tüfəngi götürülmüşdür 07.12.2021
  • Qəbələ şəhər sakinləri T.Hacıyevdən və E. Abdullayevdən qanunsuz saxladıqları ov tüfəngləri götürülmüşdür 07.12.2021
  • Beyləqan rayon sakinləri B.Aslanovdan və Ə.Məmişovdan qanunsuz saxladıqları ov tüfəngləri götürülmüşdür 07.12.2021
  • Astara rayon sakinləri M.Məmmədovdan və S.Əhmədovdan qanunsuz saxladıqları ov tüfəngləri götürülmüşdür 07.12.2021
  • Oğurluqda şübhəli bilinən Qazax rayon sakinləri T.Əzizov, A.Bənnayev, F.Musayev və Bakı şəhər sakini E.Cəfərov saxlanılmışlar 07.12.2021
  • Oğurluqda şübhəli bilinən Masallı rayon sakinləri R.Nəcəfov və Q.Əmənov saxlanılmışlar 07.12.2021
  • Oğurluqda şübhəli bilinən Quba rayonunun Digah kənd sakinlıəri V.Ziyadxanov və R.Eldarov saxlanılmışlar 07.12.2021
  • Oğurluqda şübhəli bilinən Sabirabad rayonunun Xankeçən kənd sakini S.Zeynalov saxlanılmışdır 07.12.2021
  • Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini T.Əliyev saxlanılmışdır 07.12.2021
  • Bakı şəhər sakini E.Əkbərova hədə-qorxu gəlib mobil telefonunu almaqda şübhəli bilinən Sumqayıt şəhər sakini O.Nağızadə saxlanılmışdır 07.12.2021
  • Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini R.Əsgərov saxlanılmışdır 07.12.2021
  • Oğurluqda şübhəli bilinən Qobustan qəsəbə sakini X.Eyyubov saxlanılmışdır 07.12.2021
  • Oğurluq etdiyinə görə tutulmuş N.Mehdiyevin daha iki mağazadan ümumilikdə 60000 manat dəyərində geyim əşyaları oğurlaması da müəyyən edilmişdir 07.12.2021
  • Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini R.Vəliyev müəyyən edilərək avtomobillə birgə saxlanılmışdır 07.12.2021
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar 07.12.2021
  • Pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı məmulatların satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir 07.12.2021
  • Gün ərzində törədilmiş 46 cinayətin üstü “isti izlər”lə açılmışdır 07.12.2021