Kürdəmir rayonu ərazisində qanunsuz ov edən rayon sakinləri Z.Salahov və İ.Nuriyev saxlanılmışlar
06.12.2021Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən Qarasaqqal kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri Z.Salahov və İ.Nuriyev saxlanılmışlar. Z.Salahovdan müvafiq sənədləri olan “TOZ” və İ.Nuriyevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngləri götürülmüşdür.