Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Lənkəran şəhər sakinləri F.Ağayevin və E.Kərimovun rayon ərazisindəki 7 evdən və 1 mağazadan oğurluq törətmələri müəyyən edilmişdir

06.12.2021

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakinləri F.Ağayev və əvəllər məhkum olunmuş E.Kərimov saxlanılmışlar. Şəxsi axtarış zamanı onlardan heroin aşkar edilərək götürülmüşdür. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların rayon ərazisindəki 7 evdən təmir-tikinti alətləri, inşaat materialları, su qızdırıcısı, su mühərriki və avtomobil ehtiyat hissələri, habelə 1 mağazadan təkər diski və dəmir lövhə oğurlamaları da müəyyən edilmişdir.

06.12.2021 tarixinə olan kriminal məlumatlar