Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonu ərazisindəki iki evdən oğurluq törətməkdə şübhəli bilinən Astara rayon sakini Q.Məhərrəmov və Biləsuvar rayon sakini Ş.Vahablı saxlanılmışlar

06.12.2021

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 2-dən 8-dək olan müddətdə rayon ərazisindəki bir evdən 8500 manat dəyərində spirtli içki, qızıl-zinət, geyim və məişət əşyaları, bir evdən isə 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Astara rayon sakini Q.Məhərrəmov və Biləsuvar rayon sakini Ş.Vahablı saxlanılmışlar. Q.Məhərrəmovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2 evdən 2500 manat pul və 3550manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir. Ş.Vahablının ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş T.Həsənovla birgə rayon ərazisindəki 3 evdən ümumilikdə 1100 manat pul və 8700 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində T.Həsənov da saxlanılmışdır.

06.12.2021 tarixinə olan kriminal məlumatlar