Binəqədi rayonunun C.Xəndan küçəsindəki binanın girişindən liftin avadanlıqlarını oğurlamağa cəhd göstərmiş Z.Nəsirov saxlanılmışdır
06.12.2021Binəqədi rayonunun C.Xəndan küçəsindəki binanın girişindən liftin avadanlıqlarını oğurlamağa cəhd göstərmiş Z.Nəsirov saxlanılmışdır Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 5-də saat 22 radələrində C.Xəndan küçəsindəki 4 saylı binanın girişindən liftin avadanlıqlarını oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Nəsirov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun başqa binadan liftin əyləc sarğısını oğurlaması da müəyyən edilmişdir.