Beyləqan rayon sakini İ.Muradovun evində ov tüfəngindən açdığı atəşlə özünü öldürməsi faktı ilə bağlı araşdırma aparılır
06.12.2021Beyləqan rayon sakini İ.Muradovun evində ov tüfəngindən açdığı atəşlə özünü öldürməsi faktı ilə bağlı araşdırma aparılır Dekabrın 6-da saat 10 radələrində Beyləqan rayonunun Baharabad kəndində yaşayan İbrahimcan Muradovun evində ov tüfəngindən açdığı atəşlə özünü öldürməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Polis əməkdaşları tərəfindən hadisə yerindən sənədsiz “İJ” markalı ov tüfəngi götürülmüşdür. Araşdırma aparılır.