Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
05.12.2021Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi Dekabrın 5-də saat 14 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Numan Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Nazlı İbrahimovanı vurmuş, sonradan idarəetməni itirdiyindən avtomobil ağaca çırpılmışdır. Nəticədə N.İbrahimova və N.Əliyev xəstəxanaya aparılarkən yolda ölmüş, 3 sərnişini xəstəxanaya yerləşdirilmişdir. Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.