Narkotik vasitə ilə tutulmuş Ucar rayon sakinləri H.Qasımovun, R.Seyfəddinlinin və A.Cəbrayılovun digər cinayət əməlləri də müəyyən edilmişdir
05.12.2021Narkotik vasitə ilə tutulmuş Ucar rayon sakinləri H.Qasımovun, R.Seyfəddinlinin və A.Cəbrayılovun digər cinayət əməlləri də müəyyən edilmişdir Ucar RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş rayon sakinləri H.Qasımovun, R.Seyfəddinlinin və A.Cəbrayılovun ətraflarında aparılan tədbirlərlə onların Qulabənd kənd sakini X.Peşmanova ilə birgə 2020-ci ilin dekabr ayında rayon ərazisindəki bir evdən 3500 manat dəyərində məişət əşyaları, R.Seyfəddinli və X.Peşmanovanın isə şəhər ərazisindəki digər bir evdən 9800 manat pul, qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində X.Peşmanova da saxlanılmışdır.