Mingəçevir şəhər sakini M.Nuriyev saxlanılmışdır
05.12.2021Mingəçevir şəhər sakini M.Nuriyev saxlanılmışdır Mingəçevir ŞPŞ-yə dekabrın 4-də bir nəfərin Yevlax rayon sakini E.Poladovu və Tərtər rayon sakini E.Vəliyevi silahla hədələməsi barədə məlumat daxil olmuşdur. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və həmin şəxsin Mingəçevir şəhər sakini M.Nuriyev olması müəyyən edilmişdir. Görülmüş tədbirlərlə o, saxlanılmışdır. İdarə etdiyi “NAZ-Lifan” markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olan “Dərya MK-12” markalı ov tüfəngi götürülmüşdür.