Su mühərrikləri oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini S.Məhərrəmov saxlanılmışdır
05.12.2021Su mühərrikləri oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini S.Məhərrəmov saxlanılmışdır Kəpəz RPİ və Nizami (Gəncə) RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 3-də Gəncə şəhərindəki mənzillərin birindən su mühərriki oğurlamaqda şübhəli bilinən şəhər sakini S.Məhərrəmov saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun ayrı-ayrı vaxtlarda daha 3 evdən su mühərriklərini oğurlaması da müəyyən edilmişdir.