Bərdə rayon sakini E.Məmmədovdan narkotik vasitələr aşkar edilərək götürülmüşdür
05.12.2021Bərdə rayon sakini E.Məmmədovdan narkotik vasitələr aşkar edilərək götürülmüşdür Xətai RPİ 34-cü PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın, idarə etdiyi “Ravon” markalı avtomobildən isə 24 qrama yaxın marixuana, sərnişini, əvvəllər məhkum olunmuş R.Quliyevdən isə heroin, metamfetamin və metadon həbi aşkar edilərək götürülmüşdür.