Göyçay şəhəri Natəvan küçəsində yol-nəqliyyat hadisəsi
05.12.2021Göyçay şəhəri Natəvan küçəsində yol-nəqliyyat hadisəsi Dekabrın 4-də saat 11 radələrində Göyçay şəhəri Natəvan küçəsində İsmayıllı rayon sakini A.Tağıyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən şəhər sakini Cəlal Əhmədovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Göyçay RPŞ tərəfindən araşdırma aparılır.