Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Ə.Xanmirzəyev saxlanılmışdır

02.12.2021

Bakı şəhər sakini Ə.Xanmirzəyev saxlanılmışdır Dekabrın 1-də saat 21 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Xanmirzəyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə “Mercedes” markalı 2 avtomobili vurub qaçmaq istəyərkən 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Onun narkotik vasitənin təsiri altında olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülmüşdür. Ətrafında aparılan tədbirlərlə onun noyabrın 28-də rayon ərazisindəki evlərin birindən 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.

02.12.2021 tarixinə olan kriminal məlumatlar