Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları dekabrın 2-də saat 4 radələrində Horadiz şəhəri ərazisindəki stasionar postda Kürdmahmudlu kənd sakini A.Mehdiyevin idarə etdiyi “QAZel” markalı avtomobili nəzarət qaydasında saxlamışlar. Avtomobilin yük yerinə baxış zamanı oradan yük avtomobillərinə aid 13 ədəd təzə təkər və 2 ədəd çadır aşkar edilmişdir.

02.12.2021

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları dekabrın 2-də saat 4 radələrində Horadiz şəhəri ərazisindəki stasionar postda Kürdmahmudlu kənd sakini A.Mehdiyevin idarə etdiyi “QAZel” markalı avtomobili nəzarət qaydasında saxlamışlar. Avtomobilin yük yerinə baxış zamanı oradan yük avtomobillərinə aid 13 ədəd təzə təkər və 2 ədəd çadır aşkar edilmişdir. Araşdırmalarla A.Mehdiyevin şirkətlərin birində sürücü işləməsi, habelə qeyd edilən əşyaları iş yoldaşı İ.Şəmili ilə birgə şirkətə məxsus anbardan oğurlamaları müəyyən edilmişdir. İ.Şəmili də polis əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma aparılır.

02.12.2021 tarixinə olan kriminal məlumatlar