Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Zarat qəsəbəsi ərazisində yerləşən daimi postda Siyəzən şəhər sakini A.Aslanovun idarə etdiyi “Khazar” markalı avtomobil nəzarət qaydasında saxlanılmışdır.

02.12.2021

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Siyəzən rayonunun Zarat qəsəbəsi ərazisində yerləşən daimi postda Siyəzən şəhər sakini A.Aslanovun idarə etdiyi “Khazar” markalı avtomobil nəzarət qaydasında saxlanılmışdır. Polis əməkdaşları tərəfindən A.Aslanovun üzərinə baxış zamanı ondan marixuana aşkar edilmişdir. O, araşdırmalar aparılması üçün avtomobillə birgə Siyəzən Rayon Polis Şöbəsinə təhvil verilmişdir.

02.12.2021 tarixinə olan kriminal məlumatlar