Tovuz rayonunun Qəribli kənd sakini N.Məmmədovdan qanunsuz saxladığı ov tüfəngi və 52 ədəd patron aşkar edilərək götürülmüşdür
30.11.2021Tovuz RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qəribli kənd sakini N.Məmmədovun yaşadığı evə baxış zamanı qanunsuz saxladığı “TOZ-8” markalı ov tüfəngi və 52 ədəd patron aşkar edilərək götürülmüşdür.