Quldurluq etdiklərinə görə tutulmuş A.Musayevin, A.Məmmədovun, N.Rəhimlinin və S.Ovçiyevin törətdikləri digər cinayət əməlləri də müəyyən edilmişdir
29.11.2021Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən quldurluq etdiklərinə görə tutulmuş A.Musayevin, A.Məmmədovun, N.Rəhimlinin və S.Ovçiyevin ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların noyabrın 14-dən 18-dək olan müddətdə “Qanlı Göl” adlanan ərazidə Bakı şəhər sakinləri Q.Nuriyevə, İ.İsmayılzadəyə, E.Hüseynova və Ordubad rayon sakini E.Əsgərliyə zor tətbiq edərək pul, qolbaq, qulaqcıq, gümüş boyunbağı almaları da müəyyən edilmişdir.