Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Quliyev saxlanılmışdır
29.11.2021Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 2 evdən pul, qızıl-zinət əşyaları, təmir-tikinti alətləri və naqil, 1 torpaq sahəsindən isə 1000 manat dəyərində darvaza oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Quliyev saxlanılmışdır.