DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
16.04.2008Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı BPİ Metropolitendə Polis Şöbəsi əməkdaşları Sumqayıt şəhər sakini Ramil Əliyevdən 0,233 qram heroin, Nəsimi RPİ əməkdaşları Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Novruzovdan 0,257 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakini Sənan Ağayevdən 0,237 qram heroin, Gəncə ŞPİ əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Tağıyevdən 0,16 qram heroin, Lənkəran ŞRPŞ əməkdaşları şəhər sakini Oruc Xəlilovdan 0,153 qram heroin, Astara RPŞ əməkdaşları Maşxan kənd sakini Məhərrəm Məmmədovdan 0,232 qram heroin götürmüşlər. Xanlar rayon sakini Vüqar Məmmədov, Qazax rayon sakini Anar Qurbanovdan aldığı 0,311 qram heroini polisə təhvil vermişdir. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Qazax RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Qurbanov tutulmuş, ondan 0,318 qram heroin götürülmüşdür. Ağstafa rayon sakini Natiq Sadıqov Qazax rayon sakini Etibar Hacıyevdən aldığı 0,307 qram heroini polisə təhvil vermişdir. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Qazax RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Hacıyev tutulmuş, ondan 0,929 qram heroin götürülmüşdür. Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yeni Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş Sirac Əliyev 1,527 qram heroini satarkən tutulmuşdur. S.Əliyevin üzərinə baxış zamanı əlavə 0,249 qram heroin aşkar edilərək götürülmüşdür.Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Qadir Mirzəxanovdan 0,261 qram heroin götürülmüşdür. Narkotik vasitənin ona Bakı şəhər sakini Səadət Nağıyeva tərəfindən satılması müəyyən edilmiş, S.Nağıyeva tutulmuş, ondan 0,246 qram heroin götürülmüşdür. S.Nağıyevaya narkotik vasitəni satmış Quba rayon sakini Ceyhun Rəhmanov tutulmuş, ondan 0,329 qram heroin götürülmüşdür.