Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Pirşağı qəsəbəsində kirayədə yaşayan Ləman Ələsgərovanı qətlə yetirməkdə şübhəli bilinən əri Şəhriyar Ələsgərov tutularaq istintaqa təhvil verilmişdir

29.11.2021

Noyabrın 29-da saat 13 radələrində 23 yaşlı Ləman Ələsgərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Sabunçu rayonunun Pirşağı qəsəbəsində kirayədə yaşadığı evin həyətində aşkar edilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla əri Şəhriyar Ələsgərovun aralarında yaranmış münaqişə zəminində L.Ələsgərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Ələsgərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.

29.11.2021 tarixinə olan kriminal məlumatlar