Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılmışdır.
29.11.2021Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılmışdır. o Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunmuşdur. o Axtarışda olduğuna görə ümumilikdə 81 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. o Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilmişdir. o Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılmışdır.