Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi
25.11.2021Noyabrın 24-də saat 23 radələrində Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Y.Muradova vurulmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti qənaətbəxşdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Şahmuradov müəyyən edilərək idarə etdiyi “Naz Lifan” markalı avtomobillə birgə saxlanılmışdır. Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.