Oğurluq etdiyinə görə tutulmuş Ə.Hüseynovun və qardaşının törətiyi digər cinayət əməlləri də müəyyən edilmişdir
25.11.2021Oğurluq etdiyinə görə tutulmuş Ə.Hüseynovun və qardaşının ətraflarında Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onların avqustun 1-dən oktyabrın 14-dək olan müddətdə şəhər sakinləri İ.Hüseynova məxsus 1500 manat dəyərində 1 baş, Z.Azayevə məxsus 1000 manat dəyərində 1 baş, N.Abdullayevə məxsus 1700 manat dəyərində 1 baş və X.Əliyevə məxsus 6000 manat dəyərində 3 baş inəkləri oğurlamaları da müəyyən edilmişdir.