Marketlərin birinə saxta əskinaslar verməkdə şübhəli bilinən Hövsan qəsəbə sakiniE.Şahverdiyev müəyyən edilərək saxlanılmışdır
25.11.2021Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə oktyabrın 28-də Hövsan qəsəbəsində yerləşən marketlərin birinə bir nəfərin 2 ədəd 50 və 3 ədəd 100 manatlıq saxta əskinas verməsi barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinasları verməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Şahverdiyev müəyyən edilərək saxlanılmışdır.