Nərimanov rayonunda yaşayan Sevinc Abbasovanın evində yanğın baş vermişdir
15.04.2008Saat 08.50 radələrində Nərimanov rayonundakı Y.Çəmənzəminli küçəsi ev 9 mənzil 26-da yaşayan Sevinc Abbasovanın evində yanğın baş vermişdir. Nəticədə 5 kvm. sahədə əşyalar yanmışdır. Yanğın söndürüldükdən sonra S.Abbasovanın, onun anası Ofeliyanın, bacısı Xanımın və onun oğlu Fəridin yanmış meyitləri tapılmışdır. Müayinə zamanı onların kəsici-deşici alətlə qətlə yetirilmələri müəyyən edilmişdir. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Nərimanov RPİ tərəfindən aparılır.