Salyan rayonunun Şorsulu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
25.11.2021Noyabrın 25-də saat 22 radələrində Salyan rayonunun Şorsulu kəndi ərazisində Cəlilabad rayon sakini İ.İsbarov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Biləsuvar rayon sakini Rahət Baxışovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.