Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
25.11.2021Noyabrın 25-də saat 7 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Xaçmaz rayon sakini R.Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Cəbrayıl rayon sakini Almaz Məmmədovanı vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.