Binəqədi rayonunun A.Kunanbayev küçəsində yol-nəqliyyat hadisəsi
25.11.2021Noyabrın 25-də saat 8 radələrində Binəqədi rayonunun A.Kunanbayev küçəsində Bakı şəhər sakini E.Qocayev idarə etdiyi “Khazar” markalı avtomobillə yolu keçən həmyerlisi Təranə Kazımovanı vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.