Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində törədilmiş 51 cinayətin üstü “isti izlər”lə açılmışdır.

25.11.2021

- Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunmuşdur. - Axtarışda olduğuna görə ümumilikdə 71 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 25 fakt müəyyən edilmişdir. - Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılmışdır. Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə noyabrın 25-də “Qanlı göl” adlanan yaşayış sahəsində 3 nəfərin Bakı şəhər sakini X.Dadaşovu döyməsi, baş nahiyəsinə butulka ilə vuraraq pulunu, mobil telefonunu və ayaqqabılarını alması, noyabrın 26-da isə həmin yaşayış sahəsinin yaxınlığındakı meşə ərazisində 4 nəfərin bir əcnəbi vətəndaşı döyərək 100 manat pulunu və 1500 manat dəyərində mobil telefonunu alması barədə məlumatlar daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Ucar rayon sakini A.Musayev, Yevlax rayon sakinləri A.Məmmədov, N.Rəhimli və Balakən rayon sakini S.Ovçiyev müəyyən edilərək saxlanılmışlar. Ətraflarında aparılmış tədbirlərlə onların noyabrın 13-də Abşeron rayon sakini S.Xanlarovu, Bakı şəhər sakinləri A.Əzimovu və V.Nuriyevi döyüb onlardan quldurluq yolu ilə pul, gümüş boyunbağı, qolbaq, saat, mobil telefon, qulaqcıq və eynək almaları da müəyyən edilmişdir.

25.11.2021 tarixinə olan kriminal məlumatlar