Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
23.11.2021Noyabrın 23-də saat 11 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakinləri İ.Rəsulovun idarə etdiyi “Hyundai” və S.Əliyevanın idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşmuş, sonradan idarəetməni itirmiş İ.Rəsulov yolun kənarında dayanmış Elmira Məmmədəliyevanı vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.