Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xətai rayonundakı Zığ yolu küçəsində yol-nəqliyyat hadisəsi

15.04.2008

Saat 08.00 radələrində Xətai rayonundakı Zığ yolu küçəsində, həmin küçədə yaşayan Ədalət Həziyev "VAZ-2103" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakinləri Leyla Səfərovanı və onun qızı Aynurəni vurmuşdur. Nəticədə L.Səfərova hadisə yerində ölmüş, xəsarət almış Aynurə isə xəstəxanaya yerləşdirilmişdir. Xətai RPİ tərəfindən araşdırmalar aparılır.