DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Yevlax –Bərdə yolunun 8-km-də «Mersedes» və «VAZ-2106» markalı avtomaşınlar toqquşmuşlar

07.03.2005

Yevlax –Bərdə yolunun 8-km-də Bərdə şəhər sakini Arif Əliyevin idarə etdiyi «Mersedes» markalı və Yevlax rayon sakini Eldar Nağıyevin idarə etdiyi «VAZ-2106» markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə hər iki sürücü, eləcə də sərnişinlər, Bərdə rayon sakinləri – Fərhad Əliyev və Elmira Məmmədova hadisə yerində ölmüşlər.