Hədə-qorxu ilə 600 manat pul tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Kazımov müəyyən edilərək saxlanılmışdır
23.11.2021Şirvan ŞPŞ-yə müraciət edən şəhər sakini olan bir qadın tanışının onun şəkillərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 600 manat pul tələb etməsini bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Kazımov müəyyən edilərək saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmışdır.