Ucar rayon sakinləri S.Qasımov, Ə.Abdurəhmanov və oğlu R.Abdurəhmanov tutulmuşlar
23.11.2021Noyabrın 23-də Ucar rayon sakinləri S.Qasımov, Ə.Abdurəhmanov və oğlu R.Abdurəhmanov Zərdab rayonunun Məlikumudlu kəndi ərazisində qanunsuz ov etdikləri üçün həmin ərazidə xidmət aparan Zərdab RPŞ-nin əməkdaşları tərəfindən RPŞ-yə dəvət edilərkən R.Abdurəhmanov tüfəngin qundağı ilə polis əməkdaşının əl nahiyəsinə xəsarət yetirmiş və tüfəngdən atəş açaraq qaçmışlar.
Görülmüş tədbirlərlə onlar tutulmuşlar.
Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi, 11 ədəd patron və 1 ədəd patrondaş götürülmüşdür.