Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
23.11.2021Noyabrın 23-də saat 18 radələrində Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində Türkiyə vətəndaşı Ö.Bekir idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə yolu keçən Qaymaqlı kənd sakini Lalə Süleymanovanı vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.