Masazır qəsəbə sakini Eldar Salahovu odlu silahdan açılmış atəşlə yaralamış Mirəli Bəhramov tutulmuşdur
15.04.2008Fevralın 4-də Abşeron rayonunun Masazır qəsəbəsindən, qəsəbə sakini Eldar Salahov qarın nahiyəsindən güllə yarası ilə xəstəxanaya gətirilmişdir. Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Eldar Salahovu odlu silahdan atəş açaraq yaralayıb hadisə yerindən qaçmış Mirəli Bəhramov tutulmuş, ondan 1 ədəd "Makarov" tipli tapança və 1 ədəd patron darağı götürülmüşdür.