Göyçay rayonunun Bəydövül kənd sakini E.İsmayılovu qəsdən öldürməkdə şübhəli bilinən həmkəndlisi Q.Mustafayev tutularaq istintaqa təhvil verilmişdir
22.11.2021Göyçay Rayon Polis Şöbəsinə noyabrın 22-də Bəydövül kənd sakini 38 yaşlı Elvin İsmayılovun bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olmuşdur.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Aparılmış araşdırmalarla kənd sakini Q.Mustafayevin münaqişə zəminində E.İsmayılova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.