Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində “Lada Granta” markalı avtomobil və “Daewoo” markalı avtobus toqquşmuşdur
22.11.2021Noyabrın 22-də saat 14 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Rahim Həbibovun idarə etdiyi “Lada Granta” markalı avtomobil və A.Əliyevin 186 saylı marşrut xətti üzrə idarə etdiyi “Daewoo” markalı avtobus toqquşmuşdur. Nəticədə R.Həbibov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.