Tərtər rayonunun Hacıqərvənd kəndi ərzisində “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur
22.11.2021Noyabrın 22-də saat 14 radələrində Tərtər rayonunun Hacıqərvənd kəndi ərzisində rayon sakinləri Q.Bayramlının idarə etdiyi “VAZ-2106” və Y.Səfərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur. Xəstəxanaya yerləşdirilmiş Q.Bayramlının sərnişini Sərxan Verdiyev ölmüşdür.
Tərtər RPŞ tərəfindən araşdırma aparılır.